Leksinqton prospekti (Manhetten)
Leksinqton prospekti (ing. Lexington Avenue) — Nyu-York şəhəri Manhetten borosunun İst Sayd rayonunda yerləşən birtərəfli uzun küçə. Küçənin cənub sərhədi 21-ci küçədəki Qramersi Parkda yerləşir, şimal sərhədi isə 131-ci küçədə. Leksinqton prospektinin uzunluğu 8,9 kilometr təşkil edir və o, Harlem, Karnegi Hill, Yuxarı İst Sayd, Midtaun və Marri Hill kvartal və rayonlarından keçir. Qramersi Parkdan cənubda, 14-cüdən 20-ci küçələrə qədər prospekt xətti boyunca kiçik, iki tərəfli İrvinq Pleys küçəsi yerləşir.
== İctimai nəqliyyat ==
Leksinqton prospekti boyunca Nyu-York metropoliteninin Leksinqton Avenyu, Ay Ar Ti xətti keçir. Həmçinin küçədə Mərkəzi vağzal — 42-ci küçə (7), Leksinqton Avenyu — 63-cü küçə (7) və Leksinqton Avenyu — 59-cu küçə (N, Q, R) kimi stansiyaların çıxışı yerləşir. 2013-cü ilin iyun ayına olan vəziyyətə əsasən Leksinqton prospektində M98, M101, M102 və M103 avtobus marşrutları xidmət göstərirlər.
İrvinq Pleys küçəsində ictimai nəqliyyat vasitəsi xidmət göstərmir.